AZ

Netanyahudan Trampa ÇAĞIRIŞ: “Atəşkəsə razı olma”

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığının bəzi gizli məqamları üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, “Axios” nəşrinin müxbirinin İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, Netanyahu bazar günü reallaşan söhbət zamanı Trampı hazırkı mərhələdə İranla atəşkəs rejiminə getməməyə çağırıb.

İsrail hökumət başçısı belə bir addımın region üçün ciddi risklər yarada biləcəyindən narahatlığını ifadə edib. Netanyahunun fikrincə, vaxtından əvvəl elan edilən atəşkəs Tehranın yenidən toparlanmasına şərait yarada bilər.

Məlumata görə, Donald Tramp Netanyahunun narahatlığına cavab olaraq atəşkəsin yalnız bir şərtlə mümkün olduğunu bildirib: “Prezident vurğulayıb ki, İran ABŞ-ın bütün tələblərini yerinə yetirəcəyi təqdirdə atəşkəs masaya gələ bilər. Lakin Trampın dəyişməz şərti budur: İran əlindəki bütün zənginləşdirilmiş uranı təhvil verməli və bir daha uran zənginləşdirməyəcəyinə dair rəsmi öhdəlik götürməlidir”.

Sara,
NOCOMMENT.az

Seçilən
17
nocomment.az

1Mənbələr