AZ

“Onlar heç vaxt Rusiyaya dost niyyəti bəsləməyib”

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Böyük Britaniya uzun illərdir Rusiyanı sabitlikdən çıxarmağa yönəlmiş gizli fəaliyyətlər həyata keçirir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet bildirib.

Onun sözlərinə görə, London illərdir ki, Ukrayna elitasını Moskva ilə qarşıdurmaya təşviq edib:

“Böyük Britaniya heç vaxt Rusiyaya qarşı dost niyyət bəsləməyib. Onlar onilliklər boyu korrupsiyaya bulaşmış Ukrayna elitasının zəifliklərindən istifadə edərək millətçi revanşist planlar qurublar. Rusiya ilə Ukrayna arasındakı mövcud münaqişə də bu dağıdıcı fəaliyyətlərin qaçılmaz nəticəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
qafqazinfo.az

4Mənbələr