AZ

Milli tarixi yazdı, aradan çıxan futbolçuları məşqçi geri qaytardı - VİDEO

Azərbaycan millisi tarixində ən böyük hesablı qələbəsini qazanıb.

Ayxan Abbasovun yetirmələri "FİFA series 2026" beynəlxalq turnirində Sent Lusiya yığmasını darmadağın edərək (6:1) buna nail olub.

Final fitindən sonra futbolçular tarixi nəticəni azarkeşlərlə birgə qeyd ediblər.

Düzdü, güclü yağış səbəbindən bəzi futbolçular birbaşa paltardəyişmə otağının yolunu tutsa da, məşqçilər korpusu hər kəsi fanatların yanına göndərib.

Beləcə hamı bir nəfər kimi çətin hava şəraitində 90 dəqiqə tribunada yığmaya dəstək olan azarkeşlərin yanına gediblər.

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
27
sportinfo.az

1Mənbələr