AZ

Ağ Evdən İrana yeni hədə: Sabahkı gecə...

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlarla çıxış edib və mümkün hərbi ssenarilərə işarə vurub.Musavat.com xəbər verir ki, Tramp Tehrana qarşı təzyiqin daha da artırıla biləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ-nin hərbi imkanları kifayət qədər genişdir və lazım gələrsə, İran qısa müddətdə ciddi zərbələrlə üzləşə bilər: “İranı bir gecədə məhv etmək olar və həmin gecə sabahkı gecə də ola bilər”.

Tramp həmçinin İranda baş verən son hadisələrə toxunaraq, vurulan F-15E Strike Eagle qırıcısının münaqişə çərçivəsində düşmən tərəfindən vurulan ilk pilotlu təyyarə olduğunu vurğulayıb. O qeyd edib ki, pilotun xilas edilməsi əməliyyatı böyük risk daşısa da, ABŞ ordusu “heç bir əsgərini geridə qoymamaq” prinsipinə sadiq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr