AZ

TƏCİLİ! Xamenei ÜZƏ ÇIXDI və SƏRT açıqlama verdi – İran ölüm-qalım savaşın BAŞLADI

İranın ali rəhbəri Möctəba Xamenei SEPAH kəşfiyyatının rəhbəri Məcid Hadəminin öldürülməsinə münasibət bildirib. Ali rəhbərin “Telegram” kanalı vasitəsilə yayılan rəsmi bəyanatda bu itkinin ölkənin hərbi qüdrətinə təsir etməyəcəyi vurğulanıb.

NOCOMMENT.az xəbər verir ki, Möctəba Xamenei qeyd edib ki, yüksək rütbəli kəşfiyyat rəhbərinin hədəf alınması İran Silahlı Qüvvələrinin ümumi döyüş ruhunu sarsıda bilməz: “İran ordusunun sıraları kifayət qədər möhkəmdir və bu cür hücumlar onların ideyalarına, dövlətçilik prinsiplərinə heç bir təsir göstərə bilməz”.

Xatırladaq ki, SEPAH-ın kəşfiyyat rəhbərinin ölümü regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Bu hadisə ABŞ prezidenti Donald Trampın İranın strateji obyektlərini hədəf alan kəskin xəbərdarlıqları və tərəflər arasında mümkün atəşkəs müzakirələrinin getdiyi bir vaxta təsadüf edir. Rəsmi Tehran bu itkiyə baxmayaraq, hərbi və kəşfiyyat strukturunun daxili sarsıntılara qarşı dözümlü olduğunu nümayiş etdirməyə çalışır.

Sara,
NOCOMMENT.az

Seçilən
20
1
nocomment.az

2Mənbələr