AZ

“Hyundai” iki yerə qatlandı; sürücü öldü Qızı atasız qaldı FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yüksək sürət ağır qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərində baş verib. Məlumata görə, Stas adlı sürücü yüksək sürətlə idarə etdiyi “Hyundai Solaris” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbə maşının orta hissəsindən tutuğuna görə nəqliyyat vasitəsi ikiyə qatlanıb.

Hadisə zamanı əsas zərbə sürücü tərəfə dəyib və o avtomobilin arxa oturacağına düşüb. Hadisə yerinə gələn tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib, sürücü aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Həyatını itirən sürücünün ailəli olduğu, geridə həyat yoldaşının və bir qız övladının qaldığı bildirilir.

Yol hərəkəti qaydalarına riayət etmək və hava şəraitini nəzərə alaraq sürət həddini gözləmək həyat qurtarır. Gecikdiyiniz bir neçə dəqiqə həyatınızdan daha dəyərli deyil.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
avtosfer.az

1Mənbələr