AZ

Qurban Qurbanov: “Öz hakimlik məktəbimiz olmalıdır” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Vacib qələbə qazandıq. Oyunumuzu yaxşılaşdırmaq üçün şans idi. Füzuli Məmmədova və “Karvan”a uğurlar arzu edirəm.

Komandada xatakter olmasa, nəticələr olmazdı. Çünki uğursuz seriyamız olub, sonra geridönüş edə bilmişik. Amma alınmayan vaxtlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. “Sabah” yaxşı balanslaşmış komandadır. “Neftçi”, “Zirə”, “Turan Tovuz” oyunlarını yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq”.

Qurban Qurbanov hazırda ən çox müzakirə olunan məsələlərdən birinə – hakimliyə də toxunub:

“Hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda da hansı yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsiz futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadırlar. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onlardadır. Allah işlərini asanlaşdırsın”.

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov isə matçdan sonra qısa danışıb:

“Oyun haqda çox danışmağa ehtiyac yoxdur. Hər şey bəllidir. Bu gün ağır oyunda acı məğlubiyyət aldıq. “Qarabağ”a qarşıdakı matçlarda uğurlar arzulayıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
8
arena.az

10Mənbələr