AZ

Adını çox az adamın bildiyi ölkə Çinə rəqib oldu

Afrikanın nəhəng ölkələrinin kölgəsində qalan və adı çox az hallarda çəkilən Malavi aldığı investisiya ilə qitənin yeni mərkəzinə çevrilib. Ölkədən çıxarılan yeni faydalı qazıntı Çinin bazardakı payını azaldacaq.

Milli.Az xəbər verir ki, qlobal texnologiya müharibələrində balansları dəyişdirəcək kritik addım Afrika ölkəsi Malavidən gəlib. Avstraliya Qiymətli Kağızlar Birjasında (ASX) təmsil olunan mədən nəhəngi "Lindian Resources" Malavidəki Kangankunde Nadir Torpaq Elementləri Layihəsi üçün 100 milyon dollarlıq nəhəng maliyyə vəsaiti topladığını elan edib.

Bu investisiya Malavini bir anda dünyanın ən strateji mədən mərkəzlərindən birinə çevirərkən, qlobal tədarük zəncirində Çinin qurduğu monopoliyanı qırmaq istəyən Qərb ölkələri üçün də yeni bir ümid işığı olub.

Elektrikli avtomobil maqnitlərindən külək turbinlərinə, smartfonlardan müdafiə sənayesinə qədər müasir texnologiyanın imtinasız hissəsi olan nadir torpaq elementlərində dünya hazırda böyük ölçüdə Çindən asılıdır.

Malavinin Kangankunde layihəsi ilə dövrəyə girməsi, ABŞ və Avropanın resursları şaxələndirmə strategiyasında həyati rol oynayır. Xüsusilə yüksək keyfiyyətli disprozium və terbium yataqlarına sahib olan bölgə Cənubi Afrika və Demokratik Konqo Respublikası kimi mədən nəhəngləri ilə bir sırada adını yazdıraraq Afrikanın yeni strateji qalası olmağa hazırlaşır.

"Lindian Resources" tərəfindən təmin edilən 100 milyon dollarlıq resurs layihənin birinci mərhələ xərclərini tamamilə qarşılayır və şirkətə mədəni borclanmadan inkişaf etdirmək imkanı verir. Gələcəkdəki genişləndirmə işlərinin isə mədənin öz nağd pul axını hesabına qarşılanması planlaşdırılır.

İstehsalın 2026-cı ildə başlaması hədəflənən Kangankunde layihəsi, təkcə Malavinin iqtisadi simasını dəyişdirməyəcək, həm də bərpa olunan enerji texnologiyaları üçün lazım olan kritik mineralların dünyaya daha sabit və təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcək.

Seçilən
0
2
milli.az

10Mənbələr