AZ

Kuba prezidenti ABŞ ilə dialoqa hazır olduğunu təsdiqlədi

Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ Konqresinin üzvləri ilə görüşdüyünü və ABŞ hökumətinin adanı blokadaya alması nəticəsində dəyən ziyan barədə onlara məlumat verdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Diaz-Kanel X-də yazıb.

Diaz-Kanel həmçinin Havananın Vaşinqtonla ciddi dialoqa hazır olduğunu təsdiqləyib.

"Mən hökumətimizin ciddi və məsuliyyətli ikitərəfli dialoqa və mövcud fikir ayrılıqlarının həlli üçün axtarışa hazır olduğunu bir daha təsdiqlədim."

Seçilən
20
ucnoqta.az

1Mənbələr