Bakı. Trend:
Misli Premyer Liqasında 26-cı tur davam edir.
Trend xəbərverir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda"Karvan-Yevlax"ı qəbul edib.
Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib.Beləliklə, Qurban Qurbanovun yetirmələri cari mövsümün ən böyükhesablı qələbəsini qazanıb.
Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdamtəmsilçisi 2:0 hesablı qələbələr qazanıb.
6 aprel (bazar ertəsi)
19:00. “Qarabağ” - “Karvan-Yevlax” - 7:0
Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40,Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, LeandroAndrade, 64