AZ

İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib

İran müharibənin başa çatması ilə bağlı ABŞ-ın təklifinə 10 maddəlik planla cavab verib.

IRNA-nın xəbərinə görə, cavab Pakistan vasitəsilə göndərilib.

Məlumata görə, 10 maddədən ibarət cavabda İran əvvəlki təcrübələri nəzərə alaraq, atəşkəsi rədd edib və öz maraqları nəzərə alınmaqla müharibənin birdəfəlik başa çatmasının vacibliyini vurğulayıb.

Cavab İranın bir sıra tələblərini, o cümlədən bölgədə döyüşlərin dayandırılması, Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid protokolu, İrana hücumlarda dağılmış infrastrukturun bərpası və sanksiyaların aradan qaldırılmasını əhatə edir.

Seçilən
0
10
aznews.az

10Mənbələr