Bakı. Trend:
Bəzi region və paytaxt məktəblərində şagirdlərin Kenqurumüsabiqəsində iştiraka məcbur edilməsi ilə bağlı şikayətləryayılıb. Valideynlər məktəblərin şagirdlərdən 20 manat ödəniş edibmüsabiqədə iştirak tələb etdiyini iddia edirlər.
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikası Təhsil İnstitutundan bildirilib ki, institutuməktəblərə, direktor və müəllimlərə Kenquru müsabiqəsində iştiraklabağlı hər hansı göstəriş vermək səlahiyyətinə malik deyil.
Qeyd edilib ki, Kenquru beynəlxalq müsabiqədir və yüzdən çoxölkədə keçirilir:
"Müsabiqə, adətən, mart ayının ikinci yarısında təşkil olunur.Lakin Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq tarix aprelayına keçirilir. Bu müsabiqə könüllülük prinsipi əsasında keçirilirvə iştirak məcburi deyil. Azərbaycanda iştirak haqqı 20 manatolaraq müəyyən edilib.
ARTİ yalnız müsabiqənin təşkilatçısıdır. Məktəblər tərəfindənmüsabiqədə iştirakla bağlı hər hansı şərt və ya tələb qoyulursa,bu, artıq ARTİ-nin məsuliyyətinə aid deyil. Hər bir məktəbşagirdlərinin müxtəlif müsabiqələrdə iştirak etməsini və uğurqazanmasını istəyir. Bu, həm də təhsil müəssisəsinin təlim-tədrissəviyyəsini göstərən mühüm amillərdən biridir. Bəzi məktəblərdə buistiqamətdə müəyyən israrın olması mümkündür.
ARTİ ayrı-ayrı məktəblərin fərdi yanaşmalarını tam nəzarətdəsaxlaya bilməz və bu, onun səlahiyyətlərinə daxil deyil".
Qeyd edək ki, iddialarla bağlı Məktəbəqədər və Ümumi Təhsil ürəDövlət Agentliyinə də sorğu ünvanlanıb.
Xatırladaq ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinəqeydiyyat bu gün saat 15:00-da başa çatıb.