Gəncədə 19 yaşlı tələbə dəm qazından boğularaq ölüb.
Xezerxeber.az-ın məlumatına görə, Gəncə Dövlət Universitetinin 1-ci kursunda oxuyan qız kirayə qaldığı evdə huşsuz halda tapılıb.
Gənc qız hadisədən sonra huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səyləri nəticə verməyib.
Vəfat edən qızın nəşi ailə üzvləri tərəfindən dəfn olunmaq üçün doğulduğu Ağcabədi rayonuna aparılıb. Hadisə ilə əlaqədar araşdırma başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.