AZ

“Türk axını”nı kim partlatmaq istəyib? – Hədəfdə bu ölkədir…

Serbiyanın Hərbi Təhlükəsizlik Agentliyi “Türk Axını” qaz kəmərinə qarşı təxribat cəhdində Ukraynanın əlinin olmadığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bununla da qurum Budapeşt və Moskva tərəfindən səsləndirilən ittihamları təkzib edib.

Agentliyin rəhbəri Curo Yovaniçin sözlərinə görə, təxribat planını hərbi hazırlığı olan miqrant qrupuna daxil bir şəxs hazırlayıb. Hazırda həmin şəxs axtarışdadır. O, vurğulayıb ki, “ukraynalıların bu əməliyyatı təşkil etməyə cəhd göstərməsi barədə iddialar doğru deyil”.

Yovaniç əlavə edib ki, aşkar edilən partlayıcı maddələrin üzərindəki işarələr onların ABŞ istehsalı olduğunu göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr