AZ

Buraxılış imtahanında riyaziyyat sualları niyə çətin olub? - Ekspert DANIŞDI

"Dövlət İmtahan Mərkəzi tərəfindən doqquzillik təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarından sonra riyaziyyat fənnindən sualların çətinliyi ilə bağlı abituriyentlər, valideynlər və müəllimlər tərəfindən səsləndirilən fikirlər ənənəvi xarakter daşıyır".

Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi 9 illik baza üzrə keçirilən buraxılış imtahanında riyaziyyatdan sualların çətin olması ilə bağlı məsələyə münasibət bildirərkən dedi.

Müsahibimiz qeyd etdi ki, imtahan sualları müəyyən edilərkən sadə, orta və çətin olmaqla üç əsas prinsipə əsaslanılır:

"Hər hansı elmi və ya texniki xəta aşkarlandıqda bu, abituriyentlərin xeyrinə həll olunur. Sualların çətinliyinə dair iddialar hər il gündəmə gəlsə də, burada əsas faktorlardan biri müasir hazırlıq səviyyəsidir. İnformasiya texnologiyalarından və sosial platformalardan həddindən artıq istifadə şagirdlərin tədris prosesindən uzaqlaşmasına, bu isə öz növbəsində imtahan nəticələrinə mənfi təsir göstərir".

Ekspert aprelin 12-si və 19-u tarixlərində növbəti imtahanlarda iştirak edəcək abituriyentlərin daha ciddi hazırlaşmaları zəruri olduğunu bildirdi:

"Suallar süni şəkildə çətinləşdirilmir, onların qoyuluşu və məzmunu sistemli şəkildə hazırlaşan hər bir abituriyent üçün tamamilə əlçatandır".

Xədicə BAXIŞLI 

Seçilən
25
1
redaktor.az

2Mənbələr