ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Yaxın Şərqdə davam edən münaqişənin dinc yolla həll edilməsi vacibdir. Hərbi eskalasiyanın daha ciddi nəticələri ola bilər”.
525.az xəbər verir ki, bu barədə Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ispaniyalı həmkarı Xose Manuel Albares ilə telefon danışığında bildirib.
Hər iki rəsmi Qətərə və regiondakı digər ölkələrə qarşı İranın ədalətsiz təcavüzünü dayandırmağın vacibliyini bir daha təsdiqləyib.
Qətərin hökumət rəhbəri həmçinin birgə səylərin gücləndirilməsinin, danışıqlar masasına qayıtmağın və böhranın həllinin, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin, naviqasiya azadlığının, ətraf mühitin təhlükəsizliyinin və regional sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıb.
İspaniyanın XİN başçısı Albares ölkəsinin Qətərlə həmrəyliyini ifadə edərək, gərginliyin azaldılmasının, mülki infrastrukturun və obyektlərin qorunmasının və enerji sektorunun təhlükəsizliyinin təmin edilməsinin önəminə diqqət çəkib.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.