AZ

Tanınmış vəkil Məhkəmə Hüquq Şurasını məhkəməyə verəcək

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, uzun müddətdir mi, Azərbaycanda Elektron Məhkəmə Sistemi ilə bağlı problemlər yaranıb.

Bununla bağlı vəkillər narazılıqlarını bildirsələr də, məsələ öz həllini tapmır.

Vəkillər bu sistemin mövcud olsa da, funksional olmadığını, əksinə, işləri daha da çətinləşdirdiyini bildirir.

Gununsesi.info xəbər verir ki, sistemlə bağlı əziyyət çəkən vəkillərdən biri də Əkrəm Həsənovdur.

Hüquqşünas bu barədə deyib ki, bir həftədir çökmüş Elektron Məhkəmə Sistemi vasitəsilə kassasiya şikayətini göndərə bilmir:

“Müddəti də ötürmüşəm, Məhkəmə-Hüquq Şurasına yazılı müraciətim də cavabsız qalıb. Deməli, 3 gün ərzində şikayəti sistemə yükləyə bilmirdim: sistem məni vəkil kimi qəbul etmirdi. Sonra nəhayət, şikayəti yüklədim, amma göndərə bilmirdim. Sistem deyirdi ki, sorğum icra olunmadı. Bu gündən isə nə Asan imza, nə də SİMA ilə sistemə heç daxil ola bilmirəm. Məhkəmə-Hüquq Şurasının qaynar xəttinə zəng etmişəm dəfələrlə. Dedilər ki, guya sistem artıq işləyir (necə işləyir ki, heç bildirişlər gəlmir sistemdən?). Distant giriş imkanı verdim, özləri gördü ki, heç daxil ola bilmirəm. İndi düşünürəm ki, ya Məhkəmə-Hüquq Şurasının öz sistemindən xəbəri yoxdur, ya da məni sistemdən kənar qoyublar. Hər bir halda yəqin ki, sistem işləyən kimi keçirdiyim iztirablar və vaxt itkisi nəticəsində mənə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldıracağam! Bəli, bəli, səndən yar, sənə yar, şikayətim var”,- deyə o qeyd edib.

Əkrəm Həsənov həmçinin ironik olaraq bildirib:

“İndidən deyirəm, normadan artıq yağışın yağmasına istinad edə bilməyəcəklər, çünki yağış daha əvvəl olmuşdu. Trampın İranın enerji sistemini bombalamasına da istinad edə bilməyəcəklər, çünki birisi gün bombalayacaq. Odur ki, fors-major zad yoxdur, pulumu verin! Həmişə sizlər qazanmayacaqsınız ki…”

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
icma.az

4Mənbələr