Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gübrə Fabrikaları T.A.Ş. törəmə müəssisəsi olan “Razi Petrochemical Co.”-da istehsalın müvəqqəti olaraq dayandırıldığını açıqladı.
"Cebheinfo.az" xəbər verir ki, Gübrə Fabrikaları T.A.Ş. (GUBRF) İranın Xuzistan bölgəsindəki törəmə müəssisəsi olan “Razi Petrochemical Co.”-nun elektrik qurğularının hücum nəticəsində zədələndiyini və istehsalatın müvəqqəti olaraq dayandırıldığını bildirib.
"Törəmə müəssisəmiz olan “Razi Petrochemical Co.” müəssisələrindəki elektrik qurğularının 4 aprel 2026-cı ildə İranın Xuzistan bölgəsindəki neft-kimya zavodlarının yerləşdiyi sənaye zonasında həyata keçirilən hücumlarda zədələndiyi və nəticədə müəssisələrdə istehsalın müvəqqəti olaraq dayandırıldığı barədə məlumat daxil olub.
Bundan əlavə, hazırda müəssisələrdə başqa heç bir ziyan yoxdur. İstehsalın yenidən başlaması üçün lazımi işlər görüləcək və hər hansı bir yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək" məlumatda qeyd olunub.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.