ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Təlimin keçirilməsində əsas məqsəd qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili olub.
Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələbləri ətraflı izah edilib. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması və daşınması mərhələlərində gigiyena qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, təhlükəli amillər, çirklənmə növləri və onların qarşısının alınması üsulları ilə bağlı ətraflı təqdimatlar edilib. Eyni zamanda, şəxsi gigiyenanın qida təhlükəsizliyində həlledici rol oynadığı xüsusi vurğulanıb.
İştirakçıları maraqlandıran suallar cavablandırıldıqdan sonra isə təlim proqramını uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.