AZ

Peşmərgə qərargahı 4 PUA ilə hədəfə alındı

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İraq Kürd Regional Rəhbərliyi (İKRR) gecə saatlarında Peşmərgə qərargahına 4 hücum təşkil edildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Peşmərgə Nazirliyi İraq daxilindən Peşmərgə qüvvələri ilə yanaşı Ərbil, Süleymaniyyə, Duhok və Hələbcə şəhərlərinə yönəlmiş hücumlarla bağlı yazılı açıqlama yayıb.

Son günlərdə İraq daxilindən İKRR-nin müxtəlif bölgələrinə hücumların davam etdiyi bildirilən açıqlamada, 5 aprel gecəsi Peşmərgə qüvvələrinin bir qərargahına 4 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyi qeyd olunub.

Açıqlamada "Bu hücumlar İraq ordusu və təhlükəsizlik qüvvələrinin gözü qarşısında Kürdüstan bölgəsinə və Peşmərgə qüvvələrinin qərargahına aşkar şəkildə həyata keçirilir və ağır itkilərə səbəb olur", - deyilib.

Peşmərgə qüvvələrinin İraqın "təhlükəsizlik və müdafiə sisteminin" bir hissəsi olduğu vurğulanan açıqlamada, Peşmərgənin İKRR və İraqın təhlükəsizliyini qorumada mühüm rol oynadığı, onlara qarşı edilən hücumların "dərhal dayandırılması və günahkarların cəzalandırılması" gərəkdiyi bildirilib.

Açıqlamada, həmçinin "Lakin federal hökumət mövcud mövqeyini davam etdirərsə (hücumlara qarşı hərəkətə keçməzsə), başqa cür hərəkət etmək məcburiyyətində qalacağıq", - qiymətləndirməsi yer alıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr