AZ

Orban üçün həlledici seçim: Macarıstanda 16 ilin ən çətin seçkisi yaxınlaşır

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

16 ildir hakimiyyətdə olan Macarıstanın Baş naziri Viktor Orban 12 apreldə keçiriləcək ümumi seçkilərdə indiyə qədərki ən çətin sınaqla üzləşir.

Turkustan.az xəbər verir ki, sorğular bu seçkilərin son 16 ilin ən gərgin mübarizəsi olacağını göstərir.

2010-cu ildən hakimiyyətdə olan Orban seçkilərə ciddi rəqabət şəraitində hazırlaşır. ABŞ prezidenti Donald Tramp ona dəstəyini açıqlayıb. ABŞ-ın vitse-prezidenti JD Vensin isə 7–8 aprel tarixlərində Budapeştə səfər edərək Orbanı dəstəkləyəcəyi gözlənilir.

Avropa Birliyinə üzv ölkələr arasında ən uzun müddət hakimiyyətdə olan liderlərdən biri kimi Orbanın qarşılaşdığı bu seçkilər təkcə Macarıstan üçün deyil, həm də Avropa Birliyi və regiondakı sağçı və ifrat sağçı siyasi qüvvələrin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçkinin nəticələri Macarıstanın Brüssel ilə münasibətlərinin gələcək istiqamətinə birbaşa təsir göstərə bilər. Eyni zamanda, bu proses Avropadakı sağçı hərəkatlar üçün də mümkün dönüş nöqtəsi kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr