AZ

Kəpəz in bıçaqlanan futbolçusu məşqlərə başlayır

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev yaxın müddətdə məşqlərə başlayacaq.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a yarımmüdafiəçinin özü məlumat verib.

O, daha əvvəl komanda ilə birgə məşqlərə martda qoşulmalı olduğunu, lakin prosesin uzandığını bildirib:

“İnşallah, yaxın vaxtlarda komandanın düşərgəsinə qayıdacağam. Şükürlər olsun ki, artıq sağalıram. Kollektivə qoşulmağı səbirsizliklə gözləyirəm. Məşqlərdə iştirak edib, “Kəpəz”ə faydalı olmaq istəyirəm”.

Qeyd edək ki, “Kəpəz” Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
globalinfo.az

3Mənbələr