AZ

Həmin ailə ilə bağlı QƏRAR VERİLDİ qiymətləndirilmə aparılır

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin (uşaqlarının 6-sı dəm qazından zəhərlənən ailənin – red.) qiymətləndirilməsini aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb: “Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb. Hazırda digər 5 nəfərin müalicələri davam etdirilir. Onlardan 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
globalinfo.az

1Mənbələr