AZ

"Azərbaycan daxili məsələləri heç vaxt iki dövlətin ikitərəfli görüşündə müzakirə mövzusu ola bilməz"

"Azərbaycanın Rusiyaya etirazı haqlı etirazdır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə rəsmi Bakının Rusiyaya xəbərdarlığını şərh edərkən dedi.

"Azərbaycan daxili məsələləri heç vaxt iki dövlətin ikitərəfli görüşündə müzakirə mövzusu ola bilməz. Azərbaycan öz ərazi bütövlüyü, suverenlik məsələsini həll edib və kənar daxili məsələləri ilə bağlı hansısa dövlətin məsləhətinə, iki dövlətin müzakirəsinə ehtiyacı yoxdur. Bu baxımdan, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfəri zamanı mövcud olmayan bir məsələnin müzakirə edilməsi qəbuledilməzdir. Xarici İşlər Nazirliyi Azərbaycanın qətiyyətli prinsipial mövqeyini səsləndirib və həm Rusiya, həm Ermənistan bunu sonrakı münasibətlərində nəzərə almalıdırlar", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr