Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul da daxil olmaqla 39 rayon təşkilatı buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə MHP-nin sədr müavini Semih Yalçın məlumat yayıb.
Qeyd edək ki, ötən həftə MHP-nin sədr müavini İzzət Ulvi Yönter istefa verib. Partiya rəhbərliyinin İstanbul təşkilatını buraxması qərarının bu hadisədən sonra verilməsi müzakirələrə səbəb olub.
Xatırladaq ki, MHP başqanı Dövlət Baxçalı İzzət Ulvi Yönterin elmi fəaliyyəti ilə bağlı istefa verdiyini açıqlamışdı.