Gəncə şəhərində hündürlükdən yıxılan 53 yaşlı kişi həyatını itirib.BUTA.TVReport-a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1973-cü il təvəllüdlü Hafiz İsmayılov şəxsi evinin dam örtüyünü təmir edərkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.