Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib,
Qeyd edək ki, onun barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Azər Paşayev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə ittiham olunur.