Bakı. Trend:
Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağangüclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndindəfəsadlar yaranıb.
Trend xəbər verirki, sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kəndyollarına xeyli ziyan vurub. Ümumilikdə Nabran kəndi ərazisində 216evə ziyan dəyib.
Aramsız yağan leysan yağışları və rayon ərazisindən keçənçaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun İstisu qəsəbəsindəfərdi təsərrüfatlara, əkin sahələrinə və yol infrastrukturuna xeyliziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdiyaşayış evi ciddi zərər görüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, RayonFövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal RegionalMərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbərşəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar.İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, görüş zamanıvətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcudvəziyyət yerində araşdırılıb.
Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. FövqəladəHallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerliicra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi,yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkinbərpa işlərini aparırlar.