AZ

"Bayern" Noyerin yerinə Premyer Liqadan qapıçı gətirir

"Bayern Münhen" 40 yaşlı əfsanəvi alman qapıçısı Manuel Noyerin əvəzləyicisi üçün axtarışlarını davam etdirir. 

Fanat.Az xəbər verir ki, Aımaniya nəhəngi karyerasını başa vurmağa hazırlaşan Noyerin varisi kimi "Brayton"un 23 yaşlı niderland qolkiperi Bart Verbruggenə göz dikib. 

"Teamtalk"ın məlumatına görə, "qağayılar" müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər, transfer dəyəri isə 40 milyon avro qiymətləndirilən əsas qapıçısı üçün daha yüksək məbləğ tələb edə bilər. 

Cari İngiltərə çempionatında 31 oyuna çıxan Bart bu görüşlərdə 37 qol buraxıb. O, 7 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
2
1
fanat.az

2Mənbələr