AZ

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!

Bakı. Trend:

5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində 19-cu AzərbaycanBeynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”)və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFoodAzerbaijan”) sərgiləri keçiriləcək. Sərgilərdə bitkiçilik,heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadıməmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları,kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə dəmüvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və ortasahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstəkgöstəriləcək. Belə ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabınaKOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stendqurulacaq.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyənKOB-lar 23 aprel 2026-cı il, saat 18:00-dək aşağıdakı linkvasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniztədbir” bölümündə “Caspian Agro Week” və ya “InterFood Azerbaijan”qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Seçilən
11
4
az.trend.az

7Mənbələr