AZ

Leninqrad mühasirəsinin yarılmasında iştirak edən qadın 105 yaşında vəfat edib

İkinci Dünya Müharibəsi iştirakçısı Qromova 105 yaşında vəfat edib.

İkinci Dünya Müharibəsi iştirakçısı Polina Qromova 105 yaşında Sankt-Peterburqda vəfat edib.

Qaziler.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Qanunvericilik Məclisinin sədri Aleksandr Belski Telegram-da məlumat verib.

"O, çətin bir yol qət edib, təsəvvür etməyimiz çətin olan sınaqlara dözüb, lakin daxili işığını qoruyub saxlayıb", - o, yazıb.

"Qromova Leninqradın mühasirəsinin yarılmasında iştirak edib, 192-ci zenit artilleriya alayında topçu kimi xidmət edib, şəhər səmasını alman faşistlərin hava hücumlarından qoruyub", - məlumatda deyilir.

Müharibə zamanı göstərdiyi qəhrəmanlıq və cəsarətə görə o, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni və "Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilib.

QAZİLER.AZ

Seçilən
2
1
qaziler.az

2Mənbələr