Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova amnistiya aktı şamil olunub.
Aznews.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Azər Maqsudovla bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
İclasda qərar elan olunub. Qərara əsasən, Azər Maqsudova Amnistiya aktı şamil olunub. O, cəzadan azad edilib.
A.Maqsudovun vəkili Musa Abdinov APA-ya məlumatı təsdiqləyib.
Xatırladaq ki, Sabunçu rayon Məhkəməsinin hökmünə əsasən, Azər Maqsudov nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi.