AZ

Yumtiti Mbappenin rezonans doğuran açıqlamasına cavab verdi

Tanınmış fransalı sabiq futbolçu Samuel Yumtiti "Real Madrid"in formasını geyinən həmyerlisi Kilian Mbappenin rezonans doğuran açıqlamasına cavab verib.

Fanat.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, futbolda ən asan mövqenin mərkəz müdafiəçisi ampluası olduğunu bildirən və bunu stopperlərin 40 yaşına qədər oynaması ilə əlaqələndirən ulduz hücumçunun söylədiklərinə Yumtitinin münasibəti belə olub:

"Bunu hücumçular tez-tez dilə gətirirlər. Əslində isə müdafiədə hər şey başqadır. Səhv edirsənsə, bədəlini dərhal ödəyirsən. Bu, heç də ən asan mövqe deyil.

Karyeranın uzunluğuna gəlincə, burada Mbappe haqlıdır. Amma hiss etmişəm ki, oyunu mərkəz müdafiəçisi qismində bitirirsənsə, həmişə başın ağrıyır. Çünki müdafiəçi hücumçudan daha diqqətli olmaq məcburiyyətindədir. Hücumçu 10 səhv edə və bu, komanda üçün xüsusi əhəmiyyət daşımaya bilər.

İnanın ki, üç mərkəz müdafiəçisi ilə oynayanda belə, sayıqlığı əldən verməməli olduğunu bir an belə unutmur, ikili mübarizələrdən qalib ayrılmağın vacibliyini dərk edirsən. Birəbir mübarizəni uduzdunsa, rəqib hücumçu işi bitirəcək. Bunu Mbappe də bilir. Mərkəz müdafiəçiləri haqda niyə belə dediyini bilmirəm. Düşünürəm ki, onunla bu barədə danışacağam (gülür)".

Xatırladaq ki, 32 yaşlı Yumtiti ötən ilin sentyabrında peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Toğrul

Seçilən
12
1
fanat.az

2Mənbələr