Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 6 aprel, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Marko Asensio zədələnib. Yarımmüdafiəçi ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.
İspaniyalı oyunçu Superliqanın XXIX turunda “Kayserispor”la səfər görüşünü buraxacaq. Qarşılaşma aprelin 11-də reallaşacaq.
Hazırda “Fənərbağça” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.