AZ

Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunublar

Bakı, 6 aprel, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin yerində müşahidəsini aparmaq və vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə zəruri tibbi tədbirlər görülür.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tibbi tədbirlər zamanı ahıl və həssas qruplara daxil olan şəxslər, eləcə də uşaq, hamilə və zahı qadınlara xüsusi diqqət yetirilir, zərurət yarandığı təqdirdə onların ixtisaslı tibb müəssisələrinə yönləndirilməsi təmin olunur. Növbəti səyyar tibbi müayinələr Kəlbəcər rayonunda təşkil olunub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən (cərrah, nefroloq, endokrinoloq, pediatr, terapevt, kardioloq, nevropatoloq, laborant, oftalmoloq, USM mütəxəssisi və s.) sakinlər tibbi müayinələrə cəlb ediliblər.

Səyyar tibbi müayinələr zamanı ümumilikdə 100-dən çox rayon sakininə 200-ə yaxın tibbi xidmət göstərilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

 

Seçilən
0
5
azertag.az

6Mənbələr