AZ

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABB və Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ABB-nin yaydığı məlumatda bildirilir ki, müqavilə müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müqaviləyə ABB-nin İdarə Heyəti sədrinin müavini Nərgizxanım Biləndərli və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imza atıb.

ABB ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin bu əməkdaşlığı ölkəmizdə müvafiq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin təşviqi və geniş müştəri kütləsinin, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin bu imkanlardan faydalanması məqsədilə illik 5 faiz dərəcəsi ilə 15 ilədək müddətə, 10 mln. AZN-dək məbləğdə güzəştli kreditlərin verilməsi imkanının yaradılması barədə razılığa gəliblər.

Həmçinin güzəştli kreditlərin verilməsi, onların şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət (monitorinq), geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı ilə bağlı münasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb.

Xatırladaq ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
9
marja.az

10Mənbələr