AZ

Prezidentin Gürcüstan səfəri Qərb ilə münasibətlər kontekstində də mühüm siqnallar verir

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin Gürcüstana səfəri təkcə ikitərəfli diplomatik təmas kimi deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda strateji məna daşıyan hadisə kimi qiymətləndirilməlidir".Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, hazırkı mərhələdə region qlobal güclərin rəqabət meydanına çevrilməkdədir və enerji, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə yeni balansların formalaşması prosesi gedir:"Belə bir şəraitdə Azərbaycan və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə saxlanılması və daha da dərinləşdirilməsi hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir.Azərbaycan və Gürcüstan uzun illərdir ki, enerji və nəqliyyat sahəsində strateji tərəfdaş kimi çıxış edir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələr regionun geoiqtisadi xəritəsini dəyişdirərək Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan səfər çərçivəsində bu layihələrin davamlılığı, genişləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi olduqca vacib idi".Politoloq qeyd edib ki, xüsusilə Avropanın alternativ enerji mənbələrinə marağının artdığı bir dövrdə Azərbaycanın enerji resurslarının Gürcüstan üzərindən dünya bazarlarına çıxışı daha da ön plandadır:"Digər mühüm aspekt nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutu son illərdə Çin-Avropa ticarətində alternativ yol kimi diqqət çəkir. Bu marşrutun effektiv fəaliyyəti üçün Azərbaycan və Gürcüstan arasında koordinasiya həlledici rol oynayır. Bu kontekstdə səfər çərçivəsində dəmir yolu, liman infrastrukturu və gömrük prosedurlarının sadələşdirilməsi kimi məsələlər olduqca vacibdir. Bu, regionun tranzit potensialını artırmaqla yanaşı, hər iki ölkəyə əlavə iqtisadi dividendlər vəd edir.Siyasi və təhlükəsizlik baxımından da səfər xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda münaqişədən sonrakı dövrdə yeni reallıqlar formalaşır, eyni şəkildə Yaxın Şərqdə baş verənlər də göz önündədir və bu reallıqlar regional əməkdaşlıq formatlarının yenidən nəzərdən keçirilməsini tələb edir. Azərbaycan və Gürcüstan bu prosesdə sabitlik və əməkdaşlıq tərəfdarı kimi çıxış edərək, regionda qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verən ölkələrdir".Yusif Bağırzadə, "Eyni zamanda, bu səfər Qərb ilə münasibətlər kontekstində də mühüm siqnallar verir. Həm Azərbaycan, həm də Gürcüstan Avropa ilə iqtisadi və siyasi əlaqələri genişləndirməyə çalışır. Bu baxımdan onların koordinasiyalı şəkildə çıxış etməsi regional layihələrin beynəlxalq dəstək qazanmasına şərait yaradır. Xüsusilə enerji və nəqliyyat layihələrinin Avropa İttifaqı tərəfindən prioritet kimi qiymətləndirilməsi bu əməkdaşlığı daha da aktuallaşdırır.Odur ki, səfər həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də daha geniş regional əməkdaşlıq platformasının inkişafı baxımından mühüm perspektivlər açır. Mövcud geosiyasi şəraitdə belə təmaslar yalnız diplomatik jest deyil, həm də strateji koordinasiyanın gücləndirilməsi üçün zəruri mexanizm kimi çıxış edir. Bu isə Cənubi Qafqazda sabitlik, iqtisadi inkişaf və inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir",-deyə vurğulayıb.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
newscenter.az

2Mənbələr