AZ

Bernardo Silva “Mançester Siti”dən gedir


“Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva müqaviləsi başa çatdıqdan sonra mövsümün sonunda klubdan ayrılacaq.
Yeniavaz.com
“Sky Sports”a istinadla xəbər verir ki, bu barədə klubun baş məşqçisinin köməkçisi Xosep Linders bildirib.
“Hər gözəl hekayənin bir sonu olur. Ümid edirəm ki, Bernardo “Mançester Siti”dəki son bir neçə ayını çox yaxşı keçirəcək və sonra da azarkeşlərlə ləyaqətlə vidalaşacaq. O, bu diqqətə layiqdir”, - Linders qeyd edib.
Bernardo Silvanın müqaviləsi iyunun sonunda başa çatacaq və bundan sonra o, azad agent olacaq.
Qeyd edək ki, Bernardo Silva “Mançester Siti” ilə altı Premyer Liqa titulunu qazanıb. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 43 oyunda iştirak edib, üç qol vurub və beş məhsuldar ötürmə edib.
Seçilən
6
yeniavaz.com

1Mənbələr