AZ

İsrail və ABŞ vətəndaşlığı olan pilot ələ keçirilib -İran

İsrail və ABŞ vətəndaşlığı olan Moran Sagron adlı pilot, təyyarəsinin qəzaya uğramasından sonra İran ərazisində ələ keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə İran KİV-lərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hesabların məlumatlarına istinadən “Gündəlik İran jurnalisti” adlı Telegram kanalı məlumat yayıb.

Məlumatda pilotun rəsmi hərbi identifikasiya məlumatları, o cümlədən ona aid edildiyi bildirilən identifikasiya nömrəsi dərc olunub.

Kanalın bildirdiyinə görə, pilot təyyarəsinin İran ərazisində qəzaya uğramasından sonra saxlanılıb.

Seçilən
2
1
redaktor.az

2Mənbələr