AZ

Şimali Koreya lideri varisini hazırlayır

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin (NIS) qiymətləndirmələrinə əsasən, Şimali Koreya lideri Kim Çen In, ehtimal ki qızı Kim Çji Eni varisliyə hazırlayır.

"Yeni Sabah" Yonhap-a istinadla xəbər verir ki, kiçik Kim bu yaxınlarda müdafiə sənayesi ilə əlaqəli müəssisədə keçirilən tədbirdə iştirak edib.

NIS iddia edir ki, Kim Çen Inın bacısı Kim Ye Çjon mediada tez-tez Şimali Koreya rəhbərliyində ikinci ən güclü şəxs kimi təsvir olunur, lakin o, praktik gücə malik deyil və ölkənin növbəti lideri olma ehtimalı azdır.

2022-ci ildən bəri Kim Çen In vaxtaşırı qızı ilə birlikdə ictimai tədbirlərdə iştirak edib. Keçən ay Kim Çen In yeni tankların təlimində olub. Ata-qızın tanklardan birini idarə etməsinə dair fotoşəkillər dərc edilib.

Şimali Koreya hakimiyyəti 42 yaşlı dövlət başçısının şəxsi həyatı haqqında yalnız çox məhdud məlumat yayır. Açıq xarici mənbələrə görə, onun üç övladı var, lakin ictimaiyyət arasında yalnız Kim Çji E görünür.

Onun yaşı haqqında dəqiq məlumat yoxdur. 12 ilə 14 yaşları arasında olduğu güman edilir. 

Kim Çen Inın xanımı , keçmiş müğənni Li Sol Çjunun yaşı da gizli saxlanılır. Təxminən 36-41 yaş arasındadır.


Telegram kanalımız
Seçilən
13
1
yenisabah.az

2Mənbələr