AZ

Uşaqlı ailələrin nəzərinə! DSMF məlumat yaydı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda cari ilin ilk üç ayı ərzində uşağın anadan olmasına görə birdəfəlik müavinətlərin ödənişi davam etdirilib. Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata görə, yanvar-mart aylarında 20 mindən çox şəxsə bu ödənişlər proaktiv qaydada təyin olunub.Statistikaya əsasən, müavinətlər 9 265 qız və 10 767 oğlan uşağını əhatə edib. Bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, valideynlər hər hansı sənəd toplamadan və müraciət etmədən müavinəti əldə edə bilirlər. Qeyd edək ki, hazırda uşağın anadan olmasına görə ödənilən birdəfəlik məbləğ 600 manat təşkil edir.Bu sosial dəstək tədbiri ailələrin maddi rifahının yaxşılaşdırılması və yeni doğulan körpələrin ehtiyaclarının qarşılanması məqsədi daşıyır. Proses tam rəqəmsallaşdırıldığı üçün ödənişlər birbaşa müvafiq hesablara köçürülür.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr