Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xızıda Sitalçay kəndində daşqın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığının xidmət rəisi polkovnik Cəfər Həsənov APA-ya açıqlamasında bildirib ki, səhər təxminən saat 7-8 radələrində FHN-ə bununla bağlı siqnal daxil olub.
Hazırda FHN-in texnikaları və şəxsi heyəti ərazidədir, təxliyə işi aparılır.
Onun sözlərinə görə, indiyə kimi altı evdən 8-i böyük, 5-i azyaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə edilib.
Hazırda yollarda hərəkətin bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər aparılır, vətəndaşlara zəruri yardım göstərilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.