AZ

Bakı-Quba magistralının bu hissəsi su altında qaldı – VİDEO

Aramsız yağan yağışlar respublikanın magistral yollarında ciddi fəsadlar törətməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral yolunun Xızı rayonu ərazisindən keçən hissəsi sel sularının altında qalıb.

Hazırda magistralın həmin hissəsində hərəkət demək olar ki, tamamilə dayanıb. Yolda yaranan mürəkkəb vəziyyət səbəbindən minik avtomobillərinin keçidi qeyri-mümkün hala gəlib, ərazidə yalnız ağırtonnajlı yük avtomobillərinin çətinliklə hərəkət etdiyi müşahidə olunur.

Belə ki, avtomobillər Bakıdan Quba istiqamətinə nəqliyyatın hərəkəti qismən təmin edilsə də, əks tərəfdə — Qubadan paytaxt istiqamətində vəziyyət daha gərkindir.

Sel suları yolun əsas hissəsini tamamilə ağuşuna aldığı üçün bu istiqamətdə nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər və keçilməzlik yaranıb.

Ərazidən görüntüləri təqdim edirik: 

Aliyə,
NOCOMMENT.az

Seçilən
29
nocomment.az

1Mənbələr