AZ

Tramp ən böyük təhlükə elan edildi

Ajans.az xəbər verir ki, “El Pais” və “Cadena SER” tərəfindən apreldə aparılan sorğuda iştirak edənlərin 81 faizi Trampı təhlükə hesab etdiyini bildirib. Bu göstərici Rusiya prezidenti Vladimir Putinin (79,3%) nəticəsini geridə qoyur. Reytinqdə üçüncü yeri İsrailin Baş naziri Benyamin Netanyahu (71,2%) tutub. Sonrakı pillələrdə İranın ali dini lideri Əli Xamenei (62,9%), Şimali Koreya lideri Kim Çen In (62,25%) və Çin rəhbəri Si Cinpin (49,3%) qərarlaşıb. Sorğunun nəticələri İspaniya cəmiyyətində formalaşan ümumi əhval-ruhiyyəni də əks etdirir. ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının başlanmasından sonra Madrid rəsmi olaraq tənqidi mövqe sərgiləyib və ABŞ-ın hərbi bazalardan istifadə etməsinə icazə verməyib.

Buna cavab olaraq Donald Tramp İspaniya ilə ticarət əlaqələrini dayandıra biləcəyi ilə hədələyib. İspaniyanın Baş naziri Pedro Sançez isə Vaşinqtonun addımlarını beynəlxalq hüquqa zidd adlandıraraq tənqid edib.

Seçilən
7
Ajans.az

1Mənbələr