“Kimyanın rəqəmsal və interaktiv tədrisi” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihənin əsas məqsədi 7-10-cu siniflərdən seçilmiş 40 şagirdin PhET platformasının interaktiv simulyasiyalarından istifadə edərək kimya fənnini daha dərindən mənimsəməsini təmin etmək, onların praktik bilik və tənqidi düşünmə bacarıqlarını 10 həftə ərzində ölçülə bilən inkişaf göstəriciləri ilə artırmaqdır.
Layihə çərçivəsində 259 saylı məktəbin 7–10-cu siniflərdən 40 şagird seçilərək, hər birində 10 nəfər olmaqla 4 qrup formalaşdırılacaq. Kimya fənninin milli kurikulumu əsasında 10 dərs mövzusu müəyyən ediləcək və hər mövzu üzrə PhET interaktiv simulyasiyaları inteqrasiya olunacaq. Hər qrup həftədə bir dəfə 2 saat olmaqla 10 məşğələdə iştirak edəcək, dərslər qrup işi və praktiki fəaliyyətlər üzərindən təşkil ediləcək. Layihənin əvvəlində və sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndiriləcək, simulyasiyaların öyrənməyə təsiri təhlil ediləcək. Nəticələr müqayisə edilərək hesabat hazırlanacaq, metodik materiallar digər müəllimlərlə paylaşılacaq və layihənin geniş tətbiqi üçün müvafiq qurumlara təqdim olunacaq.
Açılış mərasimində 259 nömrəli tam orta məktəbin direktoru Venera Mustafayeva, fizika müəllimi Tapdıq Cəfərov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, layihə Ağalarov Samir tərəfindən 259 nömrəli tam orta məktəbdə icra olunur.























