Bakı, 6 aprel, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, general-mayor aprelin 24-ü saat 10:00-da Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların aprelin 20-dək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.