Xosep Qvardiola məşqçilik karyerasında bir ilkə imza atıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə kubokunun 1/4 finalının “Liverpul”la oyunu “Mançester Siti”nin baş məşqçisi üçün əlamətdar olub. Onun komandası mersisaydlıları 4 cavabsız qolla məğlub edib.
MS ilk dəfə Qvardiolanın rəhbərliyi altında ardıcıl 3 oyunda “Liverpul”a qalib gəlib. “Şəhərlilər” bundan əvvəl premyer-liqada bu rəqibini 2:1 və 3:0 hesabı ilə üstələmişdilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta