AZ

DƏHŞƏT! Sel evləri BELƏ APARDI – Qonşu ölkədə/VİDEO

Dağıstanın Manas kəndində güclü daşqınlar ciddi fəsadlar törətməkdədir. Sosial şəbəkələrdə yayılan görüntülərdə turist lojalarının daşqın suları tərəfindən yuyularaq dağıldığı aydın şəkildə əks olunub.

NOCOMMENT.az xəbər verir ki, təbii fəlakət nəticəsində infrastruktur da ciddi zərər görüb. Dərbənd rayonundakı “Kavkaz” şossesində yerləşən körpünün uçması nəticəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Xatırladaq ki, bir müddət əvvəl Dağıstanda baş verən daşqınlar nəticəsində bir qadının həyatını itirdiyi, bir kişinin isə ağır yaralandığı bildirilmişdi. Hazırda bölgədə fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
2
2
nocomment.az

3Mənbələr