AZ

Neymarı 12 oyunluq sanksiya gözləyir

“Santos”un hücumçusu Neymar qadın hakim Savio Pereyra Sampaio haqqında fikirlərinə görə uzunmüddətli qadağa ilə üzləşə bilər.

Msport.az xəbər verir ki, aprelin 3-də “Santos” A Seriyasının doqquzuncu turunda “Remonu” 2-0 hesabı ilə məğlub edib.

Oyundan sonra braziliyalı sarı vərəqədən narazılığını bildirib və müsahibəsində hakimin “əhval-ruhiyyəsinin yaxşı olmadığını” bildirib, qərarını “menstrual sikl”lə əlaqələndirib. Neymar həmçinin qadın hakimi oyunçulara hörmətsizlik etdiyinə və meydanda dominantlıq göstərməyə çalışdığına görə tənqid atəşinə tutub.

34 yaşlı braziliyalı bu fikirlərinə görə 5 oyundan 12 oyuna qədər cəza ilə üzləşə bilər.

Qeyd edək ki, Neymar bu mövsüm 6 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
7
1
msport.az

2Mənbələr