AZ

Sizin də qulağınızda varsa…

Bəzi insanların qulaq seyvanı ilə üzün birləşdiyi yerdə kiçik, sanki iynə ucu boyda dəliklər olur.

 

Pravda.az bildirir ki, çoxları bunu sırğa yeri və ya təsadüfi bir iz hesab etsə də, elmdə bunun çox fərqli bir izahı var.

 

"Preaurikulyar Sinus" nədir?

Tibb dilində “Preaurikulyar Sinus” adlanan bu dəliklər, əslində anadangəlmə gələn bir quruluşdur. Statistikaya görə, insanların təxminən 1-10%-də rast gəlinən bu kiçik nöqtələr, döl ana bətnində inkişaf edərkən qulaq qığırdağının tam birləşməməsi nəticəsində yaranır.

 

Təkamülün mirası: "Balıq qəlsəmələri"?

Bioloji baxımdan ən maraqlı nəzəriyyələrdən biri təkamülçü bioloq Neil Shubinə məxsusdur. O bildirir ki, bu dəliklər təkamül prosesində uzaq keçmişimizdən qalan bir iz, yəni balıq qəlsəmələrinin insan bədənindəki qalığı ola bilər.

 

Təhlükəlidirmi?

Bu dəliklər adətən tamamilə zərərsizdir və heç bir funksiyası yoxdur. Lakin bəzi hallarda:

 

Həmin nahiyədə infeksiya yarana bilər.

 

Şişkinlik və ya axıntı baş verərsə, həkim müdaxiləsi tələb oluna bilər.

 

Əgər heç bir narahatlıq yaratmırsa, onlara toxunmaq və ya bağlamağa çalışmaq tövsiyə edilmir.

 

Qeyd: Bu dəliklər daha çox sağ qulaqda və ya hər iki qulaqda simmetrik şəkildə müşahidə olunur. İrsiyyətlə keçmə ehtimalı isə olduqca yüksəkdir.

 

Əminə Bayramova 

Tarix: 6 Aprel 2026, 13:56   
Seçilən
20
pravda.az

1Mənbələr